Pakistanın “Centreline” jurnalında “Azərbaycanın müstəqilliyinin 23-cü ildönümü” adlı məqalə dərc edilib

Pakistanın “Centreline” jurnalında “Azərbaycanın müstəqilliyinin 23-cü ildönümü” adlı məqalə dərc edilib
# 20 oktyabr 2014 09:58 (UTC +04:00)

Bakı - APA. Pakistanın nüfuzlu “Centreline” jurnalı və “Diplomatic News Agency” informasiya agentliyinin 2014-cü ilin 18 oktyabr tarixli buraxılışında “Azərbaycanın müstəqilliyinin 23-cü ildönümü ” adlı məqalə dərc edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqalədə 23 il öncə 18 oktyabr tarixində müvafiq konstitusiya aktının qəbul olunması ilə Azərbaycan xalqının üzün illər həsrətində olduğu müstəqilliyinə qovuşduğu vurğulanıb.

Yazıda müstəqilliyin qorunub saxlanılmasının onun qazanılmasından da çətin olduğu bildirilir, Azərbaycanın XX əsrin əvvəllərində xarici təzyiq nəticəsində müstəqilliyini itirdiyini vurğulanır. Qeyd edilir ki, müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan 1918-ci ildə müstəqillik əldə edib, lakin cəmi 23 aydan sonra süquta uğrayıb. Yalnız 70 il sonra – 1991-ci ildə Azərbaycan xalqı öz siyasi müstəqilliyini bərpa etməyə müvəffəq olub.

Məqalədə 20 Yanvar qətliamına baxmayaraq, 1990-ci illərin başlanğıcının Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən olması önə çəkilir: “Məhz 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan müstəqillik haqqında konstitusiya aktını qəbul edib. Bu akta əsasən, Azərbaycanın müstəqilliyi, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının davamçısı elan edilib. 29 dekabr 1991-ci il tarixində keçirilmiş ümumxalq referendumunda Azərbaycan xalqının 95 faizi müstəqilliyə səs verib. Bundan sonra dünyanın bir çox ölkələri Azərbaycanın müstəqilliyini tanıyıb və Pakistan bu ölkələrin ön sırasında olub”.

Məqalədə Pakistanla Azərbaycan arasında səmimi dostluq əlaqələrinin mövcud olduğu, iki ölkənin əsas qlobal və regional məsələlərdə yaxınlıqdan əməkdaşlıq etdiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR