Kanadada zəhərli maddələr daşıyan qatar relsdən çıxaraq yanıb

Kanadada zəhərli maddələr daşıyan qatar relsdən çıxaraq yanıb
# 07 oktyabr 2014 23:31 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə CBC News telekanalı məlumat yayıb.

Qəza Saskaçevan əyalətinin Vedina şəhəri yaxınlığında baş verib. 100 vaqonluq yük qatarının 26 vaqonu relsdən çıxaraq yanıb. Altı vaqonda zəhərli kimyəvi maddələrin, daha 2 vaqonda isə neft məhsullarının olduğu bildirilir.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan yoxdur. Hazırda Vedina sakinləri ərazidən təxliyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR