Qubada  baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - VİDEO

Qubada  baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 20 oktyabr 2014 13:41 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Qubada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya sərhədi yolunun 163-cü kilometrliyində, Nərimanabad kəndi ərazisində qeydə alınıb. Bakıdan Quba istiqamətində hərəkətdə olan, 56 yaşlı Kamilov Absal Əkrəm oğlunun idarə etdiyi “Toyota-Prado” markalı avtomobil idarə etmənin itməsi nəticəsində öncə yolun kənarında dayanan Ramiz İbrahimova məxsus “VAZ-2106” markalı avtomobilə, daha sonra ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 51 yaşlı Mahirə Kamilova, 47 yaşlı Svetlana Əsgərova və 12 yaşlı Şəfa Şıxəliyeva müxtəlif bədən xəsarətləri alıb.

Onlar Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır. İlkin versiya olaraq qəzaya ehtiyatsızlığın səbəb olduğu göstərilir.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR