“Bakı Metropoliteni” QSC-nin Nizamnaməsi və strukturu təsdiqlənib

“Bakı Metropoliteni” QSC-nin Nizamnaməsi və strukturu təsdiqlənib
# 03 iyul 2014 12:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Bakı Metropoliteni” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən “Bakı Metropoliteni” QSC Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları “Bakı Metropoliteni” QSC-yə keçib.

“Bakı Metropoliteni” QSC dövlət qeydiyyatından keçdiyi andan Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti hüquqi şəxs statusunu itirirlər.

Nazirlər Kabinetinin digər qərarı ilə “Bakı Metropoliteni Nizamnaməsinin təsdiqi haqqında” 1995-ci il 4 sentyabr tarixli 197 nömrəli qərarı ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR