Bu ilin 6 ayında Türkiyədən Azərbaycana ixracatın həcmi 1 mlrd. dollardan çox olub

Bu ilin 6 ayında Türkiyədən Azərbaycana ixracatın həcmi 1 mlrd. dollardan çox olub
# 30 iyul 2014 11:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana ixracatın həcmi 1 mlrd. 335 mln. 10 min dollar təşkil edib. “APA-Economics”in məlumatına görə, bu, Türkiyənin Statistika Qurumunun (TÜİK) açıqladığı məlumatda bildirilib.

Qeyd edilən dövrdə Türkiyənin ən çox əmtəə ixrac etdiyi ölkə Azərbaycan olub. Bununla bərabər, Türkiyə bu ilin yanvar-iyun aylarında Qazaxıstana 480 mln. 062 min dollar, Türkmənistana 1 mlrd. 060 mln. 334 min dollar, Özbəkistana 289 mln. 445 min dollar, Qırğızıstana isə 194 mln. 620 min dollarlıq ixracat həyata keçirib.

Hesabat dövründə Türkiyə ən çox Qazaxıstandan mal idxal edib. Belə ki, bu ilin 6 ayında Qazaxıstandan Türkiyəyə satılan əmtəənin dəyəri 685 mln. 763 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin birinci yarısında Türkiyənin türk dövlətlərinə reallaşdırdığı ixracatın həcmi 2,1% artaraq 3 mlrd. 359 mln. 474 min dollara yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 3,3 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR