“Bakıelektrikşəbəkə” borcu olan abonentlərə xəbərdarlıq edib

“Bakıelektrikşəbəkə” borcu olan abonentlərə xəbərdarlıq edib
# 10 sentyabr 2014 08:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Elektrik enerjisindən istifadəyə görə debitor borcu yaranmış əhali və qeyri-əhali abonentlərin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi təchizatı sentyabr ayının 13-ü saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

“Bakıelektrikşəbəkə” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar şəbəkəyə qoşulması 24 saatdan sonra mümkün olacaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR