Bakıda ata ögey oğlunu qətlə yetirib

Bakıda ata ögey oğlunu qətlə yetirib
# 30 iyul 2014 07:57 (UTC +04:00)

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Buzovna sakini, 1969-cu il təvəllüdlü Ağaməmməd Hüseynov ögey oğlu, 1981-ci il təvəllüdlü Samir Həsənovu bıçaqlayaraq qətlə yetirib. S. Həsənov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İlkin araşdırmalara görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR