“Azərbaycan Dəmir Yolları” Yeni il bayramı ilə əlaqədar qabaqlayıcı tədbirlər görüb

“Azərbaycan Dəmir Yolları” Yeni il bayramı ilə əlaqədar qabaqlayıcı tədbirlər görüb
# 12 dekabr 2014 09:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu, Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar yaranacaq sərnişin sıxlığını nəzərə alaraq Bakı-Tiflis istiqamətində turist qatarı buraxacaq.

APA-Economics”in xəbərinə görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Qurum rəsmisi deyib ki, dekabrın 29-dan 31-dək sərnişin sıxlığı gözlənildiyindən Sərnişindaşıma Departamenti hazırda ehtiyatda olan qatarlara texniki baxış keçirib.

“Turist qatarına gəlincə isə o, Bakı-Böyük Kəsik istiqamətində getmək istəyən sərnişinlərə də xidmət edəcək. Bu qatarının qiymətində dəyişiklik olmayacaq. Qiymətlər Bakı-Tiflis qatarına olan qiymətlərlə eyni olacaq”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR