Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 7% artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 7% artıb
# 10 iyun 2016 15:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında 2015-ci ilin eyni dövrünə nisbətən Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 7%, o cümlədən mədənçıxarma sənayesi üzrə 6,5%, emal sənayesi üzrə 9,2%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5%, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 1,5% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin may ayında aprel ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 9,8%, o cümlədən mədənçıxarma sənayesi üzrə 11,3%, emal sənayesi üzrə 4,2%, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə 7,6% artıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 11,4% bahalaşıb, metal filizlərinin hasilatı üzrə 2,9% azalıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 8,6%, neft məhsullarının istehsalı üzrə 7,1%, kimya sənayesi üzrə 6,1%, toxuculuq sənayesi üzrə 3,0%, geyim istehsalı üzrə 2,2%, qida məhsullarının istehsalı üzrə 2,1%, poliqrafiya fəaliyyəti üzrə 0,5%, elektrik avadanlıqlarının istehsalı üzrə 0,2% artıb, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 3,6%, metallurgiya sənayesi üzrə 2,1%, içki istehsalı üzrə 0,7%, tikinti materiallarının istehsalı üzrə 0,1% azalıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR