Bakıda Avropa İttifaqı ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin birgə təşkil etdiyi layihənin bağlanış mərasimi keçirilib - FOTO

Bakıda Avropa İttifaqı ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin birgə təşkil etdiyi layihənin bağlanış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 06 mart 2015 09:57 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Bu gün Bakıda Avropa İttifaqı ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin birgə təşkil etdiyi “Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin professional bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.

APA-nın məlumatına görə, Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidmət müşaviri Pərviz Musayev bildirib ki, xidmətin təşəbbüsü ilə Avropa Komissiyasına təqdim edilmiş 1,050 mln. avroluq Tvinninq layihəsi üzrə müvafiq tədbirlərin icrası 2013-cü ilin yanvar ayından başlayıb və bu günədək davam edib.

Ötən dövr ərzində Avropa İttifaqına üzv olan Niderland Krallığı, Latviya və Ruminiyanın miqrasiya sahəsində fəaliyyət göstərən aidiyyəti qurumları ilə 4 komponent üzrə birgə 53 tədbir həyata keçirilib. Bura təlimlər, seminarlar, təlim səfərləri, rüblük rəhbər görüşləri və digər tədbirlər aiddir.

P. Musayev deyib ki, layihənin hər bir komponenti üzrə bir sıra mühüm nəticələr əldə olunub. Layihə qanunvericiliyin təkmilləşdirilməsi, sistematik təhlil yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması, təlim vasitəsilə peşəkar bacarıqların artırılması, həmçinin ictimaiyyətin maarifləndirilməsi sahəsində bir sıra yeniliklərin tətbiqinə töhfəsini verib.

Tədbirdə Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru Rodia Maas, Latviyanın Vətəndaşlıq və miqrasiya məsələləri idarəsinin rəis müavini Janis Citskovskis, Rumınyanın İmmiqirasiya üzrə Baş Müfəttişliyinin idarə rəisi Oktavian Predesku, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Miquel Marko Qomez və digər qonaqlar iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR