Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi təsis ediləcək

Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi təsis ediləcək
# 03 aprel 2015 21:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Kənd Təsərrüfatı Nazirliyi və Xarici İşlər Nazirliyi 2015-ci ilin III rübündə Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsini təmin etməlidir. Eyni zamanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi il ərzində kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması üçün Kodeks Alimentarius və digər mütərəqqi beynəlxalq standartlar əsasında milli standartların hazırlanması və mövcud standartların təkmilləşdirilməsini həyata keçirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR