Gürcüstandan Azərbaycana soyuq silahın gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana soyuq silahın gətirilməsinin qarşısı alınıb
# 20 iyun 2016 13:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gürcüstandan Azərbaycana gələn vətəndaşdan beşbarmaq aşkar olunub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstan istiqamətindən postun piyada xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı ona məxsus bel kəmərinin başlığına bərkidilmiş beşbarmaq aşkar olunaraq protokol əsasında götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR