Rusiyanın hərbi gəmiləri Azərbaycana gəlib - VİDEO - FOTOSESSİYA

Rusiyanın hərbi gəmiləri Azərbaycana gəlib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2014 07:49 (UTC +04:00)

APA-nın məlumatına görə, bu gün səhər saatlarında Bakı buxtasına daxil olan gəmilər Dövlət Bayrağı meydanı yaxınlığında, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin keçmiş bazasının ərazisində lövbər salıblar.

Gəmilərin qarşılanmasında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi iştirak edib.

Qeyd edək ki, səfər müddətində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək, Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR