Azərbaycan boksçuları lisenziya turnirində ilk görüşlərini qələbə ilə başa vurublar

Azərbaycan boksçuları lisenziya turnirində ilk görüşlərini qələbə ilə başa vurublar
# 20 iyun 2016 14:00 (UTC +04:00)

Bakı – APA. Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində yarışın 5-ci günü Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.

Təmsilçilərimizdən mübarizəyə öncə Rüfət Hüseynov qoşulub. 49 kq çəki dərəcəsində gücünü sınayan həmyerlimiz Po-Vey Tu (Çin Taypeyi) ilə döyüşüb. Görüşün hər 3 raundu Hüseynovun qələbəsi ilə başa çatıb - 3:0 (30:27; 29:28; 30:27). O, 1/4 final döyüşünə sabah çıxacaq.

Hüseynovun ardınca 75 kq-da ölkəmizi təmsil edən Kamran Şahsuvarlı qüvvəsini sınayıb. İlk mərhələdən azad olan boksçumuz birinci döyüşünü albaniyalı Aryon Kaloşiyə qarşı keçirib və qələbə qazanıb – 3:0 (29:28; 29:28; 29:28). O da 1/8 final qarşılaşmasına sabah çıxacaq.

Qeyd edək ki, yarışda ölkəmizi təmsil edən Teymur Məmmədov (81 kq) da ilk qarşılaşmasını qələbə ilə bitirib. O, çinli Şi Quojodan üstün olub (3:0). Olimpiya mükafatçımız sabah 1/8 finalda gürcüstanlı Laqi Xizirya ilə üz-üzə gələcək.

Dünya Olimpiya Təsnifat Turniri iyunun 25-dək davam edəcək. Boksçularımızın mübarizə apardığı 75 və 81 kq-da ilk "beşlik"də yer alanlar Rio-2016-ya vəsiqə əldə edəcəklərsə, 49 kq çəkidə yalnız finalçılar Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR