Qubanın ucqar dağ kəndləri internetə çıxış əldə edib

Qubanın ucqar dağ kəndləri internetə çıxış əldə edib
# 09 iyun 2015 09:23 (UTC +04:00)

Bakı - APA-Economics. Qubanın ucqar dağ kəndləri internet xidməti ilə təmin olunub.

Quba Telekommunikasiya Qovşağından "APA-Economics"ə verilən məlumata görə, Xaltan, Yerfi, Söhüb, Əlik və Xınalıq kəndlərinə fiber-optik kabel vasitəsilə internet verilib. Belə ki, abunəçi potensialından asılı olaraq Xaltana 8, Yerfiyə 12, Söhübə 24, Əliyə 24 və Xınalığa 48 porta malik DSLAM internet avadanlığı qoyulub.

Qeyd edək ki, sözügedən işlər I Avropa Oyunları ərəfəsində həyata keçirilib. Bu da turistlərin həmin ərazilərdə istirahət zamanı yüksəksürətli internet xidmətindən istifadə edə bilməsinə şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR