Azərbaycanda quldurluqla məşğul olmaqda şübhəli bilinən dəstənin daha bir üzvü tutulub

Azərbaycanda quldurluqla məşğul olmaqda şübhəli bilinən dəstənin daha  bir üzvü tutulub
# 06 aprel 2013 11:53 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 10-da naməlum maskalı şəxslər Şüvəlan qəsəbəsi Nizami küçəsində yaşayan Akif Həmzəyevin evinə daxil olub bıçaqla xəsarət yetiriblər. Sonra həyətdə olan «VAZ-2121» markalı avtomobilin hər iki dövlət nömrə nişanını açıb ataraq avtomobili aparıblar. A. Həmzəyev 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Kamran Cəbiyev və Səbuhi Tağıyev aprelin 2-də Salyan rayonu ərazisində idarə etdikləri «BMW-X5» markalı avtomobillə saxlanılıblar, avtomobildən isə 5 qramdan artıq marixuana aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Bakı şəhər sakini Murad Muradov aprelin 5-də tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR