Azərbaycan alternativ enerji istehsalı hesabına qazın ixracını genişləndirə bilər

Azərbaycan alternativ enerji istehsalı hesabına qazın ixracını genişləndirə bilər
# 23 aprel 2013 13:38 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda alternativ enerji mənbələri hesabına 1000 MVt istehsalının təşkili 1 mlrd. kubmetr həcmində qazın əlavə ixrac potensialının yaranması deməkdir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bəyan edib.

A.Bədəlovun sözlərinə görə, ölkədə alternativ və bərpa olunan enerjinin inkişafı üzrə strategiya və tariflər planı artıq Prezident Administrasiyasına təqdim edilib. Hazırda isə Qobustan və Samuxda alternativ və bərpa olunan enerjinin istifadəsi üzrə layihələr reallaşır. Planlara əsasən, bir yaşayış məntəqəsini enerji ilə təmin edəcək 15-20 və 30-40 MVt gücündə kiçik elektrik stansiyalarının inşası və bundan əlavə hər bir binanı təmin edəcək minlərlə mini-stansiyaların tikintisi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR