Almaniya XİN rəhbəri NATO-nu Rusiya ilə dialoqa çağırıb

Almaniya XİN rəhbəri NATO-nu Rusiya ilə dialoqa çağırıb
# 18 iyun 2016 10:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer NATO-nun Baltikyanı ölkələrdə “Saber Strike” beynəlxalq təlimlər keçirməsini tənqid edib və Rusiya ilə dialoqa çağırıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, o bildirib ki, müharibə çağırışları indiki durumda yersizdir:

“Kim hesab edir ki, alyansın şərq sərhədlərində simvolik tank paradları təhlükəsizliyi gücləndirir, yanılır. Məsələnin həllini qorxutma siyasətində görmək son dərəcə təhlükəlidir”.

F. Ştaynmayer hesab edir ki, müdafiə hazırlıqları ilə yanaşı dialoqa və əməkdaşlığa hazırlıq işi aparılmalıdır. Onun sözlərinə görə, Rusiyanı beynəlxalq tərəfdaşlıq məsuliyyətinə cəlb etmək çox vacibdir.

Qeyd edək ki, “Saber Strike” təlimləri ABŞ-ın Avropadakı quru qoşunları komandanlığı tərəfindən keçirilir. Orada NATO-ya üzv 13 ölkədən 10 min hərbçi iştirak edir. Təlimlərdə iştirak edən bölmələr Baltikyanı ölkələrdə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR