Gələn ildən TQDK-nın keçirdiyi monitorinq imtahanlarının nəticələri şagirdlərin attestat qiymətlərinə təsir göstərəcək

Gələn ildən TQDK-nın keçirdiyi monitorinq imtahanlarının nəticələri şagirdlərin attestat qiymətlərinə təsir göstərəcək
# 01 fevral 2013 10:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, gələcəkdə “Azərbaycan tarixi” fənni buraxılış imtahanlarına əlavə ediləcək: “Onu əlavə etmək üçün əvvəlcə monitorinq imtahanı aparmalıyıq. Bu hələlik şagirdlərin taleyinə təsir göstərməyəcək. Monitorinq imtahanları gələcəkdə təkcə IX və IX siniflərdə keçirilməyəcək. Müəyyən fənlər üzrə hansısa bir kurs bitdikdən sonra onun monitorinq imtahanını aparıb, buraxılış imtahanında nəticəni nəzərə alacağıq. Təbii ki, o zaman buraxılış imtahanında verilən qiymətlər ayrı bir üsul və formula ilə hesablanacaq. Ona görə də indidən deyə bilmərəm. Çünki, biz araşdırmalar aparıb, nəticələri görüb, nöqsanları ictimaiyyətə, pedaqoji ictimaiyyətə göstərdikdən sonra hansısa hüquqi qərar qəbul edə bilərik. Biz hüquqi müstəviyə keçməzdən əvvəl elmi araşdırmalar aparmalıyıq”.

TQDK sədri qeyd edib ki, gələn ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq monitorinq imtahanlarının nəticələri şagirdlərin attestat qiymətlərinə də təsir göstərəcək: “Ümumilikdə, V-XI siniflər üzrə aparılan monitorinq imtahanları ilə bağlı layihə 10 gündən sonra ictimaiyyətə açıqlanacaq. Hazırda Nazirlər Kabineti tərəfindən buraxılış imtahanları ilə əlaqədar qaydalarının təsdiqlənməsi gözlənilir. Bundan sonra ictimaiyyətə məlumat veriləcək”.

M. Abbaszadə qeyd edib ki, bu il buraxılış imtahanı Naxçıvan Muxtar Respublikasında da təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR