ÜST: Bu gün Azərbaycanda yoluxucu xəstəliklər baxımından vəziyyət kifayət qədər stabildir

ÜST: Bu gün Azərbaycanda yoluxucu xəstəliklər baxımından vəziyyət kifayət qədər stabildir
# 05 mart 2013 08:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycanda yoluxucu xəstəliklər baxımından vəziyyət kifayət qədər stabildir və mövcud epidemioloji nəzarət sistemi ortaya çıxa biləcək problemlərə adekvat cavab verməyə qadirdir. Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.

O bildirib ki, son illər Azərbaycanda yoluxucu xəstəliklərlə mübarizə sahəsində kifayət qədər ciddi nailiyyətlər əldə edilib. ÜST rəsmisinin sözlərinə görə, Azərbaycan poliomielitdən azad ölkə statusunu alıb: “1996-cı illə müqayisədə malyariya hadisələrinin sayı 4300 dəfədən çox azalıb. 1996-cı ildə 13135 malyariya hadisəsi qeydə alındığı halda, 2012-ci ildə bu rəqəm 3 olub. 2008-ci ildə qəbul edilmiş malyariyanın eliminasiyası üzrə milli strategiyada ölkədə 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi məqsədi qoyulub. Qızılca və məxmərəyin eliminasiyası sahəsində əhəmiyyətli müvəffəqiyyətlər əldə edilib. On bir antigeni özündə birləşdirən əhali üçün tam pulsuz milli immunlaşdırma proqramı ilə əhatə 98 faizdən yüksəkdir. Vaksin və İmmunizasiya üzrə Qlobal Alyans və digər partnyorlar ilə əməkdaşlıq nəticəsində milli peyvənd təqviminə b tipli hemofilus influenza vaksininin daxil edilməsinə nail olunub. Azərbaycanda qonşu ölkələrlə müqayisədə çox az pandemik qrip hadisələrinin qeydə alınması da uzun müddətli və gərgin işin nəticəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR