Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə yeni əsgər yataqxanası istifadəyə verilib

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə yeni əsgər yataqxanası istifadəyə verilib
# 23 iyun 2016 18:55 (UTC +04:00)

Bakı-APA. İyunun 23-də Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissədə müasir tələblərə cavab verən yeni əsgər yataqxanası istifadəyə verilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, açılış mərasimində iştirak edən müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrini icra edən polkovnik Fuad Məmmədov müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb.

Polkovnik F.Məmmədov əsgər yataqxanasının maddi-texniki təminatla təchiz edilmiş silah, ideoloji, məişət və digər otaqlarına baş çəkib, burada yaradılan şəraitlə yaxından tanış olub.

Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, şəxsi heyətin xidməti vəzifələrinin yerinə yetirilməsi üçün lazımi şərait yaradılıb.

Mərasim iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda əsgərlərlə birgə nahar təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR