Moskvada Ümumrusiya Azərbaycanlılar Konqresi prezidentinin yubileyi qeyd olunub - FOTOSESSİYA

Moskvada Ümumrusiya Azərbaycanlılar Konqresi prezidentinin yubileyi qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 09 aprel 2015 12:18 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yubiley gecəsində M. Əliyevin dostları, həmkarları, doğmaları və Azərbaycanın Rusiyadakı diasporunun üzvləri iştirak ediblər.

Gecədə Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və başqaları iştirak ediblər. F. Abdullazadə prezident İlham Əliyevin təbrik məktubunu və M. Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilməsi barədə sərəncamını oxuyub.

Yubilyarın ünvanına Rusiya prezidenti Vladimir Putinin, baş nazir Dmitri Medvedevin, Dövlət Dumasının sədri Sergey Narışkinin, Moskva meri Sergey Sobyaninin adından təbriklər daxil olub. Rusiya səhiyyə naziri Veronika Skvortsovanın adından M. Əliyevə “Vətən səhiyyəsi qarşısında xidmətlərinə görə” mükafatı təqdim edilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu M.Əliyevi təbrik edərək bildirib ki, hər bir ölkə, hər bir xalq özünün görkəmli insanları ilə fəxr edir: "Məmmədbağır Əliyev də belə insanlardan biridir. İşinin hədsiz çox olmasına baxmayaraq, o həm də öz üzərinə böyük ictimai yük götürüb - Rusiyadakı ən böyük diaspor təşkilatlarından biri olan Ümumrusiya Azərbaycanlılar Konqresinə rəhbərlik edir. O, öz nüfuzu ilə Rusiyada yaşayan bütün azərbaycanlıları dəstəkləyir. 60 yaş müdriklik və kamillik çağıdır. Sizin bu 60 ildə gördüyünüz işlər 100 il üçün kifayət edər. Mən sizə bu qədər yaşamağı arzu edirəm”.

Azərbaycan Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev isə yubilyarı Azərbaycan onkoloqları adından təbrik edib. Məmmədbağır Əliyevi “səhiyyə sahəsində Azərbaycanın Rusiyadakı səfiri” adlandıran akademik C. Əliyev yubilyara Azərbaycanda təbabətin inkişafını dəstəklədiyinə görə təşəkkürünü bildirib.

SSRİ-nin və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya yubilyarın uzun illər boyu Müslüm Maqomayevlə səmimi dost olduğunu söyləyib. T. Sinyavskaya vurğulayıb ki, böyük müğənni dünyasını dəyişəndən sonra M. Əliyevin ailəsi həmişə ona dəstək verib.

Yubiley gecəsi konsert proqramı ilə davam edib. Konsertdə Emin, Aleksandr Rozenbaum, Murad Hüseynov, Xəyyam Mustafazadə, Elmira Kalimullina və başqaları çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR