“Azərreyl” klubunun baş məşqçisi istefaya göndərilib

“Azərreyl” klubunun baş məşqçisi istefaya göndərilib
# 01 aprel 2013 07:31 (UTC +04:00)

Bakı – APA. “Azərreyl” voleybol komandasının rəhbərliyi islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, az öncə xorvatiyalı Anna Qrbaçı heyətdən kənarlaşdıran “dəmiryolçular” bu dəfə italiyalı baş məşqçi Alessandro Çiappinini istefaya göndərib.

Çiappini ilə yanaşı, onun köməkçiləri Nikola Neqro, Terri Rosini və Fabio Qabbon da Bakı klubundan qovulub.

Artıq onların əvəzediciləri də müəyyənləşib. “Bakı-Azəryol”un baş məşqçisi Aleksandr Çervyakov “Azərreyl”in “sükanı arxasına” gətirilib. Onu komandasında isə köməkçisi Vüqar Əliyev əvəzləyib.

“Azərreyl”in bu addımı atması səbəbsiz deyil. Çünki Çempionlar Liqasında uğur qazana bilməyən klub artıq Azərbaycan Super Liqasında da çempionluq yolunda işini çətinə salıb.

Qeyd edək ki, Çervyakov əvvəllər “Azərreyl”də Faiq Qarayevin köməkçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR