Natiq Əmirov: "Qlobal iqtisadi proseslər Azərbaycana təsirsiz ötüşməyib"

Natiq Əmirov: "Qlobal iqtisadi proseslər Azərbaycana təsirsiz ötüşməyib"
# 21 iyun 2016 09:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Son dövrlər dünyada baş verən iqtisadi proseslər, neftin qiymətinin 3 dəfə aşağı düşməsi, ən yaxın ticarət tərəfdaşlarımızın milli valyutalarını sərbəst buraxması və digər siyasi və iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşməyib".


"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Sosial biznes-inkişafa gedən yol" adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, neftdən asılılığın minimuma endirilməsi və sair görülmüş işlər sahəsində ötən il ÜDM-in 1,1% real artım tempi nümayiş etdirib: "Adambaşına düşən ÜDM-in həcmi 5703 manat təşkil edib. Bununla yanaşı, ölkə iqtisadiyyatı, o cümlədən sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 15,9 milyard manat əsas kapitaldan investisiya yönəldilib ki, bu vəsaitin 56%-i daxili investisiyalar, 44%-i isə xarici investisiyalar təşkil edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR