Azərbaycan Müdafiə Nazirliyi xarici hərbi attaşeləri cəbhədəki son gərginlik barədə məlumatlandırıb

Azərbaycan Müdafiə Nazirliyi xarici hərbi attaşeləri cəbhədəki son gərginlik barədə məlumatlandırıb
# 08 avqust 2014 13:22 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək, onları atəşkəsin pozulması, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdlərinin səbəbləri və nəticələri barədə obyektiv informasiya ilə təmin ediblər.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR