Yasamal rayonunun enerji təchizatında yaranmış problem aradan qalxıb

Yasamal rayonunun enerji təchizatında yaranmış problem aradan qalxıb
# 23 avqust 2014 07:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakının Yasamal rayonunda yanacaq daşıyan maşının aşması və yanğının baş verməsi nəticəsində elektrik təchizatında yaranmış problem tam aradan qalxıb.

Bu barədə “APA-Economics”ə “Bakılektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, dünən gecə saat 02:45 radələrində rayonun elektrik təchizatı alternativ və əlavə xətlərlə tam bərpa edilib.

Qeyd edək ki, dünən gecə saatlarında Bakı şəhəri, Yasamal rayonunda “Mercedes” markalı yük avtomobilinin qəzaya uğraması nəticəsində ona qoşulmuş, tutumu 40 ton olan yanacaq çəni yolun kənarına aşıb. Qəza yanğınla nəticələnib. Yanğın nəticəsində yük avtomobilinin yanar hissələri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub. Әrazidәn yüksәk gәrginlikli elektrik xәtlәri keçdiyindən, yanğın nәticәsindә onlara ziyan dәyib. Nәticәdә Bakının Yasamal rayonunun әksәr hissәsi işıqsız qalıb.

Yanğın avqustun saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR