Akif Əlizadə AMEA prezidenti kimi ilk çıxışını edib

Akif Əlizadə AMEA prezidenti kimi ilk çıxışını edib
# 24 aprel 2013 12:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, A.Əlizadə onun prezident seçilməsinə səs verən hər kəsə təşəkkür edib: “Elə vaxt olmayıb ki, çıxış üçün çətinlik çəkim. Amma bu dəqiqə həyəcan içindəyəm. Sizin hamınıza xoşbəxtlik arzulayıram. Respublikada gedən yaradıcılıq fəaliyyəti ilə fəxr edirəm. Qürur duyuram ki, bu yaradıcılıq fəaliyyətinin elm istiqamətində mənim də payım var”.

A.Əlizadə AMEA-da artıq 50 ildir çalışdığını bildirib: “Mən Geologiya İnstitutunda laborant kimi fəaliyyətə başlamışam. Bu gün də söz verirəm ki, Azərbaycan elmini daha da inkişaf etdirəcəyəm. Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. Ümid edirəm ki, sizinlə əl-ələ verib Azərbaycan elminin, AMEA-nın nüfuzunu daha da qaldıracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR