Ekologiya və təbii sərvətlər naziri Astarada vətəndaşları qəbul edib - FOTO - VİDEO

Ekologiya və təbii sərvətlər naziri Astarada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 may 2015 08:19 (UTC +04:00)

Astara. Ağəddin Babayev-APA. Mayın 29-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Astara şəhərinin Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarının sakinlərini qəbul edib.


APA-nın yerli bürosunun məlumatına görə, qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 60-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Hüseyn Bağırov şikayətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa vaxtda araşdırılaraq, zəruri tədbirlərin görülməsi barədə tabeliyində olan aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.


Qəbul zamanı vətəndaşlar tərəfindən verilən bir sıra təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nazirliyin idarə və təşkilatları tərəfindən müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR