“Erməni ictimaiyyətinə informasiya dəstəyi” adlı layihəyə start verilib

“Erməni ictimaiyyətinə informasiya dəstəyi” adlı layihəyə start verilib
# 10 dekabr 2014 16:13 (UTC +04:00)

“AZER-GLOBE” İctimai-siyasi araşdırmalar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzindən APA-nın verilən məlumata görə, texniki nöqteyi-nəzərdən layihə sözügedən saytlarda yerləşən informasiya bloklardan ibarətdir.

Layihənin təşkilatçısı Fuad Axundov bildirib ki, söhbət qədim tarixdən hazırkı dövrü əhatə edən tarixi faktların açıqlanmasından gedir. O qeyd edib ki, erməni auditoriyasının Ermənistanda bu faktlara çıxışı yoxdur: “Mövcud materiallar erməni oxucusuna aydın dildə - rus dilində təqdim olunub. Ermənilər özlərini əzabkeş xalq adlandırırlar və burada onlarla razılaşmamaq çətindir. Erməni xalqının əzablarının başlıca səbəbi isə ondan ibarətdir ki, tarixi keçmişləri haqqında yalan məlumatlar rahat şəkildə onlara yeridilir, eyni zamanda obyektiv informasiyaya çıxış məhdudlaşdırılır. Erməniləri hazırda yaşadıqları ərazidə avtoxtonluğuna inandırmağa və beynəlxalq ictimaiyyət tərəfindən qonşu dövlətlərin ərazi bütövlüyünün tanınmasının fiksiya olduğunu əmin etməyə çalışırlar. Yeni layihəmizin məqsədi erməni ictimaiyyətinə həqiqəti çatdırmaqdır. Mən vesti.az, apa.az və day.az nəşrlərinin rəhbərlərinə minnətdarlığımı bildirirəm, habelə digər media resurslarını əməkdaşlığa dəvət edirəm”.

Məlumatda deyilir ki, informasiya blokları iki gün əvvəl işə salınıb. Hazırda informerlərdən keçidlər F. Axundovun kitablarının elektron versiyalarına yönləndirir: www.nofalsify.com (alimlərin Cənubi Qafqaz tarixi haqqında fikirlərindən ibarət “Saxtakarlıqları dağıdanlar” kitabı), www.azleadersays.com (Azərbaycan Prezidentinin ən vacib sitatlarının yer aldığı “İlk ağızdan” kitabı) və www.azterrintegrity.org (dünya dövlətləri liderlərinin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazi bütövlüyü haqqında fikirlərinin yer aldığı “İlk ağızdan” kitabı).

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR