Bakıda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla, beş nəfər xəsarət alıb

Bakıda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla, beş nəfər xəsarət alıb
# 13 iyul 2015 09:30 (UTC +04:00)

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Eldar Əsgərovun idarə etdiyi idarə etdiyi 10-UB-691 dövlət nömrə nişanlı, “VAZ 21099” markalı avtomobillə 1993-cü il təvəllüdlü Vüqar Nüsrət oğlu Hüseynovun idarə etdiyi 90-LK-518 dövlət nömrə nişanlı, “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində V. Hüseynovun sərnişinləri - 1994-cü il təvəllüdlü İlahə Babayeva və bacısı 1996-cı il təvəllüdlü Aydan, Hicran Musayeva və qızları 2002-ci il təvəllüdlü Aytac, 2006-cı il təvəllüdlü Zəhra müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR