Meksikada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Meksikada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb
# 28 mart 2015 02:23 (UTC +04:00)

Bakı-APA. Meksikanın Oaxaka ştatında “Telmex” mobil operator şirkətinə məxsus helikopter qəzaya uğrayıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Qəza Çilçotla şəhəri yaxınlığında baş verib. İlkin ehtimallara görə, təyyarənin qəzaya uğramasının səbəbi pis hava şəraiti olub.

Hazırda hadisə yerində xilasedicilər və polis işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR