Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində ayrıca stendlə iştirak edəcək

Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində ayrıca stendlə iştirak edəcək
# 04 may 2013 11:24 (UTC +04:00)

Sərgidə Türkiyə müdafiə sənayesi özünün son yeniliklərini təqdim edəcək. Türkiyənin əsas aparıcı aviasiya və kosmos qurumu olan TAI şirkəti IDEF-2013-də Türkiyənin ilk milli təlim təyyarəsi olan «Hürkuş»u, «Otokar» şirkəti hərəkət və atış testlərini başa vurmuş «Altay» tankı ilə yanaşı ilk «Tulpar» adlı tırtırlı piyadaların döyüş maşınını, «Ural» adlı zirehli personal daşıyıcını, «Cobra» zirehli maşınlar ailəsinin yeni nəsli olan COBRA II maşınını, Makina və Kimya Sənayesi Qurumu (MKE) isə üzərində 5 ildən artıq işlərin getdiyi Modern Piyada Tüfəngini ilk dəfə bu sərgidə nümayiş etdirəcək. Bundan başqa, Türkiyənin və dünyanın tanınmış müdafiə şirkətlərinin yeni məhsulları da sərgidə tanıtdırılacaq.

Sərgidə Azərbaycan geniş nümayəndə heyəti, Müdafiə Sənayesi Nazirliyi (MSN) isə ayrıca stendlə təmsil olunacaq. MSN-in stendində Azərbaycanda istehsal olunmuş 130 adda silah, sursat və digər müdafiə təyinatlı məhsullar, o cümlədən Azərbaycan hərbi sənayesinin tarixində ilk dəfə olaraq yerli istehsal olan nəqliyyat vasitəsi nümayiş olunacaq. Xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulan 4x4 təkər formulu «Gürzə» adlı maşın üzəri silahlandırılmış şəkildə Azərbaycan stendində sərgilənəcək. Artıq maşın və sərgidə nümayiş olunacaq digər məhsullar Türkiyəyə çatdırılıb.

Bundan başqa, sərgidə ilk dəfə olaraq 7,62x51 mm-lik «Yalquzaq» snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 hücum pulemyotu, «Aerostar» və «Orbiter» tipli pilotsuz uçuş aparatları da beynəlxalq hərbi ictimaiyyətə tanıdılacaq.

Sərgi mayın 10-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR