“Qarabağ” kulubu Azərbaycan kubokunu Ağdama aparıb

“Qarabağ” kulubu Azərbaycan kubokunu Ağdama aparıb
# 01 sentyabr 2014 16:58 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Futbol üzrə Azərbaycan kuboku Qarabağa aparılıb. APA-nın yerli müxbirinin xəbərinə görə, kubok Ağdamın Quzanlı qəsəbə stadionunda “Qarabağ” futbol klubu tərəfindən ictimaiyyət nümayəndələrinə təqdim edilib. Tədbirdə “Qarabağ” klubunun Azərbaycan futboluna verdiyi töhfələrdən, komandanın qazandığı uğurlardan söz açılıb. Klubun rəhbəri Tahir Gözəl və komandanın baş məşqçisi Qurban Qurbanov onlara ünvanlanan sualları cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR