Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu Naxçıvanda səfərdə olub - FOTOSESSİYA

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu Naxçıvanda səfərdə olub - <span style="color: red;">FOTOSESSİYA
# 06 oktyabr 2014 08:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Oktyabrın 4-5-də IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

APA-nın “AzərTAc”a istinadən xəbərinə görə, qonaqlar əvvəlcə Naxçıvandakı Heydər Əliyev Muzeyinə gələrək uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərə, 1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallara, məktublara, Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətlərinə, ulu öndərə məxsus şəxsi əşyalara maraqla baxıblar. Qeyd edilib ki, muzeydə 4 536 eksponat var.

Fondunda 3 537 maddi-mədəniyyət nümunəsi olan Naxçıvan Dövlət Xalça Muzeyində də olan qonaqlarda məlumat verilib ki, həmin maddi-mədəniyyət nümunələrinin 331-i xalçadır. Ekspozisiyada isə 283 eksponat nümayiş etdirilir.

Naxçıvandakı Əcəmi Seyrəngahında yerləşən Açıq Səma Altında Muzey qonaqların marağına səbəb olub. Şəhərin ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi - daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr onların diqqətini xüsusi olaraq cəlb edib. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanışlıq Forumun iştirakçılarında qədim Naxçıvanın tarixinə maraq yaradıb. Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi ilə tanışlıq qonaqların diqqətini Naxçıvanın siyasi tarixinə cəlb edib. Heydər Əliyev Sarayında yaradılan şəraitlə tanış olan forum iştirakçıları sonradan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Naxçıvan Dövlət Tarix Muzeyində, Hüseyn Cavid məqbərəsində, Duzdağ Fizioterapiya Mərkəzində, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində, Naxçıvan Dövlət Musiqili Dram Teatrında olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR