Azərbaycan xaricdə alternativ enerji mənbələri üzrə stansiyalar tikəcək

Azərbaycan xaricdə alternativ enerji mənbələri üzrə stansiyalar tikəcək
# 18 noyabr 2014 07:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan xarici ölkələrdə alternativ enerji mənbələri üzrə stansiyalarının tikintisini həyata keçirəcək.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, bu günlərdə Azərbaycan İranla memorandum imzalayıb: “Bu memoranduma görə, Azərbaycan İran İslam Respublikasının ərazisində alternativ enerji mənbələri üzrə stansiyalarının tikintisinə hazırlaşır”.

A. Bədəlov bildirib ki, agentlik Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində evlərin damında günəş elektrik stansiyasının tikintisini həyata keçirəcək.

“Bundan başqa, Rusiyada, Ukraynada yeni stansiyaların tikintisi ilə bağlı da planlar var”, - deyə agentlik sədri deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR