AŞPA Bürosu Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərilməsini müzakirə edəcək

AŞPA Bürosu Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərilməsini müzakirə edəcək
# 28 avqust 2015 12:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa Şurası Parlament Assambleyası Bürosunun avqustun 31-də keçiriləcək iclasında Azərbaycandakı parlament seçkilərinə müşahidə missiyası göndərilməsi məsələsi müzakirə ediləcək.

 

APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, bundan başqa, Qırğızıstan, Belarus, Ukrayna və Türkiyəyə göndəriləcək müşahidə missiyaları da müzakirə olunacaq.

 

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR