Tovuzda baş verən yol qəzasında bir nəfər ölüb

Tovuzda baş verən yol qəzasında bir nəfər ölüb
# 22 avqust 2014 08:39 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuzda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Tovuz Rayon Polis Şöbəsindən APA-nən qərb bürosuna verilən məlumata görə, hadisə Tovuz rayonun Aşağı Quşçu kəndində baş verib.

Tovuz rayon sakini, 1975-ci il təvəllüdlü Abbasov Namiq Şəmistan oğlu “VAZ-2106” markalı avtomobillə Qovlar qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1987-ci il təvəllüdlü Əlizadə Cəfər Şahin oğlunun idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ-2106”-nın sürücüsü Namiq Abbasov hadisə yerində dünyasını dəyişib.

Polis Şöbəsindən qəza zamanı xəsarət alanların olmadığını bildiriblər. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR