Siyavuş Novruzov: “Azərbaycanda ipoteka kreditlərinin faizləri aşağı salınmalıdır”

Siyavuş Novruzov: “Azərbaycanda ipoteka kreditlərinin faizləri aşağı salınmalıdır”
# 19 noyabr 2014 13:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda ipoteka kreditləri üzrə faiz dərəcələri aşağı salınmalıdır.

APA-Economics”in məlumatına görə, Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, indi aztəminatlı ailə, kasıb təbəqə ipoteka kreditindən yararlana bilmir.

“Bu gün burda hörmətli nazirlərimiz iştirak edir. Nazirliyin idarə rəisi və yerli idarə rəisinin əmək haqqı, dövlət qulluqçusunun məvacibi imkan vermir ki, o ipoteka ilə ev alsın. Müəllim, həkim, gənc mütəxəssis necə almalıdır? İpoteka kreditlərinin faiz dərəcələri aşağı salınmalıdır. Bu ipoteka krediti elə nəzərdə tutulub ki, kim ki, imkanlıdır ipoteka alsın, bir az da kəm-kəsirin düzəltsin. İpoteka kreditlərinin vətəndaş imkanı olmayan şəxs üçün əhəmiyyəti yoxdur və bu göz qabağındadır. İldən-ilə biz vəsaiti artırırıq. Amma nəticəni müzakirə etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR