Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib
# 24 sentyabr 2014 11:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, komitə sədri Nizami Cəfərovun sədrliyi ilə keçən iclasda "Kinematoqrafiya haqqında" qanuna dəyişikliklər və komitənin payız sessiyasında görəcəyi işlər müzakirə olunub.

N.Cəfərov bildirib ki, "Kinematoqrafiya haqqında" qanuna dəyişikliklər kino çəkilişi ilə bağlı avadanlıqlar üzərində gömrük rüsumunun götürülməsi və vergilərin azaldılması ilə bağlıdır. O qeyd edib ki, bu ölkədə kino sənətinin inkişafına stimul verəcək. Müzakirələrdən sonra layihə yenidən işlənməsi üçün komitədə saxlanılıb.

Daha sonra payız sessiyasında görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, bu sessiya ərzində komitə “Yaradıcı şəxslər və yaradıcılıq birlikləri haqqında", "Muğam sənəti haqqında", "Aşıq sənəti haqqında" yeni qanun layihələri, həmçinin, "Kitabxana işi haqqında" və digər sənədlərə baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR