Bank Of Baku

Konstantinovkanın nəzarətə götürüldüyünü Putinə məruzə edən generalın ölümü rəsmən təsdiqlənib - YENİLƏNİB

Anton Qrunis (sağda)

© APA | Anton Qrunis (sağda)

# 16 sentyabr 2026 11:35 (UTC +04:00)

Konstantinovkanın ələ keçirildiyini Rusiya Prezidenti Vladimir Putinə məruzə edən general-mayor Anton Qrunisin ölümü rəsmən təsdiqlənib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini və "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov Qrunisin öldüyünü təsdiqləyib.

***

10:56

Rusiya Silahlı Qüvvələrinin general-mayoru, Rusiya Qəhrəmanı, 4-cü əlahiddə qvardiya motoatıcı briqadasının komandiri Anton Qrunis Ukraynada öldürülüb.

Bu barədə “Lenta.ru” hərbi jurnalist Yuri Kotenoka istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Qrunisin ölümünün Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində baş verdiyi ehtimal olunur.

Qrunis 2023-cü ilin mayında 4-cü briqadanın komandiri təyin edilib və Baxmut istiqamətində döyüşlərdə iştirak edib. O, avqustun 28-də Rusiya Qəhrəmanı adına layiq görülüb.

Ukrayna mediasının xəbərinə görə, Anton Qrunis bu ilin iyul ayında Rusiya Prezidenti Vladimir Putinə Donetsk vilayətinin Konstantinovka yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyü məruzə edib.

Qeyd edək ki, Rusiya tərəfi iyulda şəhərin tam nəzarətə götürüldüyünü açıqlasa da, bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Sentyabrın 16-na olan məlumatlara görə, şəhərin bir hissəsində döyüşlər davam edir.

Fərid Əkbərov

İlqar Xudiyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR