Ağ Ev: “Netanyahuda İran probleminə dair alternativ variant yoxdur”

Ağ Ev: “Netanyahuda İran probleminə dair alternativ variant yoxdur”
# 04 mart 2015 05:37 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin adı çəkilməyən nümayəndəsi bildirib.

“İrandan sadəcə kapitulyasiya tələb etmək – bu plan deyil, biz bu cür mövqedən çıxış etsək heç bir ölkə bizi dəstəkləməz. Baş nazir konkret addımlarla bağlı heç bir plan açıqlamadı”, deyə məmur bildirib.

“Netanyahunun çıxışının mahiyyəti nüvə probleminin nizamlanmasının zəruriliyindən yox, yalnız rejimin devrilməsindən ibarət olub”, deyə Ağ Ev nümayəndəsi bildirib.

Netanyahu ABŞ Konqresində çıxışı zamanı “altılıq” – İran danışıqlarının gedişatının onu qane etmədiyini bildirib. Onun sözlərinə görə, hazırlanan saziş İran tərəfinə nüvə silahı istehsal etməyə mane etməyəcək. Netanyahu, həmçinin, İranın bütün dünya üçün təhlükə yaratdığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR