İranın birinci vitse-prezidenti: “Sanksiyalar İranın inkişafına maneə törədə bilməyəcək”

İranın birinci vitse-prezidenti: “Sanksiyalar İranın inkişafına maneə törədə bilməyəcək”
# 18 aprel 2013 03:02 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İrandan başqa dünyadakı neft quyularının hamısı ABŞ-ın boyunduruğu altındadır. Ancaq bura islami, müstəqil və azad İrandır”. APA-nın məlumatına görə, bu fikirləri İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi XVIII Beynəlxalq Neft, Təbii qaz, Neftayırma Zavodu və Neftkimya sərgisinin açılış mərasimindəki çıxışında səsləndirib. Onun sözlərinə görə, İran heç kimə bir litr də yanacaq rüşvət verməyəcək. Qərb ölkələrinin İrana tətbiq etdiyi sanksiyalara toxunan M. Rəhmi deyib ki, İran bütün təzyiqlərə baxmayaraq valyuta ehtiyacını qeyri-neft ixracatından gələn gəlirlə təmin edə bilər: “Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyalar isə iranlı mühəndislərin bir çox sahədə müvəffəqiyyətlər əldə etməsi ilə nəticələndi”. Vitse-prezident deyib ki, İran yaxın gələcəkdə neftdən asılılığını tamamilə aradan qaldıracaq: “Sanksiyalar İranın inkişafına maneə törədə bilməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR