Fransa səfiri: “Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsi yaxşı əlamətdir”

Fransa səfiri: “Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsi yaxşı əlamətdir”
# 21 iyun 2016 10:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “ Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsi, etimad quruculuğuna istiqamətlənmiş danışıqların keçirilməsi faktı özü yaxşı əlamətdir”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye deyib. Bir ay ərzində prezidentlərin iki görüşünün keçirildiyini xatırladan səfir qeyd edib ki, birinci görüş ABŞ diplomatiyasının, ikincisi isə Rusiya diplomatiyasının təşəbbüsü ilə baş tutub: “Dialoqsuz siyasi qərar mümkün deyil, dialoqsuz qarşılıqlı anlaşma mümkün deyil”.

J. F. Şarpantye bir daha Fransanın danışıqlar prosesinə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR