Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı tövsiyələr BMT Baş Katibinin hesabatına daxil ediləcək

Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı tövsiyələr BMT Baş Katibinin hesabatına daxil ediləcək
# 30 aprel 2013 08:13 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 2015-ci ildən sonra ərzaq təhlükəsizliyi ilə bağlı tövsiyələr BMT Baş Katibinin hesabatına daxil ediləcək. «APA-Economics»in məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Təranə Bəşirova deyib.

Onun sözlərinə görə, FAO təşkilatı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə BMT tərəfindən aparılan 2015-ci ildən sonrakı inkişaf çərçivəsini formalaşdırmaq üçün önəmli prioritetləri müəyyənləşdirmək məqsədi ilə ölkədə ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı üzrə milli məsləhətləşmələr aparır. Müxtəlif maraqlı tərəflər, o cümlədən dövlət qurumları, QHT-lər, elmi tədqiqat institutları, universitet və özəl sektorunun nümayəndələrinin iştirak etdiyi müzakirələrdə ərzaq təhlükəsizliyi, qidalanma və kənd ərazilərinin inkişafı məsələləri üzrə ölkədə əldə edilmiş nailiyyətlər, mövcud problemlərin aradan qaldırılması üzrə müvafiq tövsiyələr hazırlanacaq. Sözügedən tövsiyələr BMT Baş Məclisinin bu ilin sentyabr ayında keçiriləcək 68-ci sessiyasında BMT Baş Katibinin təqdim edəcəyi hesabata daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR