Paşha Bank
Bank Of Baku

“Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilənin rolu” mövzusunda seminar-müşavirə keçirilib

“Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilənin rolu” mövzusunda seminar-müşavirə keçirilib
# 12 iyun 2019 13:07 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Baku Steel Company” MMC-də Səhiyyə Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndələrinin, işəgötürənlərin iştirakı ilə “Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilənin rolu” mövzusunda seminar-müşavirə keçirib.

APA xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov Xidmətin fəaliyyət istiqamətlərindən birinin bütün iş yerlərində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəldiyini deyib.

O qeyd edib ki, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə işəgötürənlər arasında geniş və ardıcıl məlumatlandırma işləri aparılır: "Kollektiv müqavilə işə götürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan və əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən sənəddir. Həmin müqavilələrdə əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, habelə qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması şərtləri də əksini tapır. Bu baxımdan əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilələrin rolu böyükdür".

2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə tədbirin keçirilməsində məqsədin əməyin mühafizəsində kollektiv müqavilələrin və sazişlərin əhəmiyyətini işəgötürənlərə çatdırmaq olduğunu deyib.  

Tədbirdə “Baku Steel Company MMC”-nin Baş direktorunun istehsalat üzrə birinci müavini Ramin Kərimov işəgötürənlərin əmək qanunvericiliyi ilə bağlı ətraflı məlumatlandırılmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sonra əməyin mühafizəsinə dair video-çarx nümayiş olunub.

AHİK-in əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətov “Kollektiv müqavilələr və əməyin mühafizəsi üzrə görülən işlər” mövzusunda çıxış edib. “Baku Steel Company” MMC-nin departament müdiri Miryasin Seyidov müəssisədə əməyin mühafizəsi sahəsində görülən tədbirlər barədə məlumat verib. Sonra çıxışlar ətrafında müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR