Qardabanidə azərbaycanlılar torpaq tələbi ilə etiraz aksiyası keçiriblər

Qardabanidə azərbaycanlılar torpaq tələbi ilə etiraz aksiyası keçiriblər
# 23 aprel 2013 16:21 (UTC +04:00)

Qardabani. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Qardabani rayon İcra Hakimiyyətinin binası qarşısında rayonun azərbaycanlılar yaşayan Nəzərli və Kosalı kənd sakinləri etiraz aksiyası keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlılar iki il əvvəl əllərindən alınan torpaq sahələrinin geri qaytarılmasını tələb ediblər. Aksiya iştirakçıları bu barədə rayon rəhbərinə rəsmi məktub təqdim ediblər.

Son 2 il ərzində Qardabanidə yaşayan azərbaycanlıların 1000 hektar torpaq sahəsi xarici investorlara və yerli gürcü məmurlara satılıb. Aksiya iştirakçılarının nümayəndələrini qəbul edən rayon İcra Hakimiyyətinin yeni rəhbəri Qela Xutsişvili vəziyyətlə tanış olduğunu bildirib və azərbaycanlıların əllərindən torpaq sahələrinin qeyri-qanuni alınması haqqında Baş Prokurorluğa məktub ünvanladığını deyib. O, torpaqların geri qaytarılacağına söz verib.

Qeyd edək ki, Nəzərli və Kosalı kəndlərində 13 minə qədər azərbaycanlı yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR