CAR-ın Həvəskar Kikboksinq Federasiyasının nümayəndə heyəti Azərbaycana səfər edib

CAR-ın Həvəskar Kikboksinq Federasiyasının nümayəndə heyəti Azərbaycana səfər edib
# 16 oktyabr 2014 11:34 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının rəhbəri, millət vəkili Adil Əliyevin dəstəyi ilə oktyabrın 7-16-da CAR-ın Həvəskar Kikboksinq Federasiyasının vitse-prezidenti Adrian Heyns və 4 yeniyetmə idmançının Azərbaycana səfəri baş tutub.

Azərbaycanın CAR-dakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi CAR idmançılarının Azərbaycanda treninqlərdə iştirak edərək peşə səviyyələrinin artırılması olub.

Səfərin sonunda idmançılara A.Əliyev tərəfindən hədiyyələr təqdim edilib.

Qeyd edək ki, səfər ölkəmizlə bağlı Afrikanın Alt Səhra bölgəsində mütəmadi aparılan təbliğat kompaniyasının bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR