ETSN: Biz özümüz yoxlama aparılması üçün Hesablama Palatasını dəvət etmişik

ETSN: Biz özümüz yoxlama aparılması üçün Hesablama Palatasını dəvət etmişik
# 30 mart 2013 09:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Hesablama Palatasının nazirlikdə yoxlama aparacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında deyib ki, ETSN-in özü bu yoxlamanın aparılması üçün Hesablama Palatasını dəvət edib: “Biz onları dəvət etmişik və bu, sırf nazirliyin istəyi ilə olub”.

Qeyd edək ki, Hesablama Palatasının növbəti kollegiya iclası olub. İclasda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Dövlət Televiziya və Radio verilişləri Komitəsinin saxlanılmasına ayrılan vəsaitlərin, həmçinin büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə icrasına dair Audit proqramları da təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR