Azərbaycanda inzibati cərimənin ödənmə qaydası dəyişib

Azərbaycanda inzibati cərimənin ödənmə qaydası dəyişib
# 10 aprel 2015 06:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişiklik inzibati aktın icrası zamanı cərimənin şərti maliyyə vahidi deyil, manatla ödənilməsi ilə əlaqədardır. Əvvəlki qaydaya əsasən, cərimənin miqdarı şərti maliyyə vahidinin 3 mislindən az ola bilməzdi. Fiziki şəxslər şərti maliyyə vahidinin 40 mislindən, hüquqi şəxslər isə şərti maliyyə vahidinin 300 mislindən yuxarı miqdarda cərimə oluna bilməzdilər. Dəyişikliyə əsasən, cərimənin miqdarı 4 manatdan az ola bilməz. Fiziki şəxslər 44 manatdan, hüquqi şəxslər isə 330 manatdan yuxarı miqdarda cərimə oluna bilməzlər.

Qeyd edək ki, şərti maliyyə vahidinin 1 misli 1,10 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR