Çaylarda sululuğun səviyyəsi artıb

Çaylarda sululuğun səviyyəsi artıb
# 22 aprel 2013 10:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son günlər ölkə ərazisində yağan yağışlar nəticəsində respublika çaylarında sululuğun səviyyəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, Kür çayının yuxarı axınında Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm, Qanıx çayında 3 sm, Kiçik Qafqazın çaylarında 1-2 sm, Quba-Xaçmaz çaylarında da 1-2 sm artım müşahidə olunub. Kür çayının aşağı hissələrində də 30-40 sm artım qeydə alınıb.

A. Verdiyev qeyd edib ki, hazırda çaylarda sabit vəziyyətdir və daşqın təhlükəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR